CNC proqramist
 
JOB TITLE: CNC proqramist
EMPLOYER: Damla Mebel MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-18 LAST UPDATED: N/A DEADLINE: 2020-09-17



Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: CNC proqramist

Vəzifə öhdəlikləri:

 Mebəllərin 2 və 3 ölçülü detallarının proqramlaşdırılması;
 3 axis, 4 axis CNC-lərə proqramların hazırlanması;

Namizədə tələblər:

 Müvafiq sahə üzrə 2-3 illik iş təcrübəsi arzuolunandır;
 Alphacam , ArtCAM, Power mill proqramlarını yaxşı səviyyədə;
 Microsoft office proqramlarından istifadə bacarığı;

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@damlamebel.az elektron ünvanına mövzu yerinə “CNC proqramist” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP