Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: Master Builders Solutions Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-18 LAST UPDATED: N/A DEADLINE: 2020-09-17

Master Builders Solutions Azerbaijan” MMC şirkəti haqqında

Master Builders Solutions Azerbaijan” MMC (köhnə adı ilə BASF Caspian) 2006-cı ildən etibarən Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.

Şirkətimiz inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.

Namizədə tələblər

• Ali təhsil;
• İnşaat və tikinti materialları satışı sahəsində minimum 3 illik iş təcrübəsi;
• B2C və B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
• Rus və ya İngilis dili üstünlük kimi qiymətləndirilir;
• MS Office proqramlarının biliyi;
• Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
• Analitik düşünmə bacarığı;
• Müştəriyönümlü satış bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Satış təmsilçisinin vəzifə öhdəlikləri

• Müştərilərlə və distribyutorla əlaqələrin inkişafı və dəstəyi;
• Danışıqların aparılması;
• Müştərilər üçün kommersiya təkliflərin hazırlanması;
• Satışların proqnozlaşdırılması;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• Müştərilərin profilini yaradılması və yenilənməsi;
• Görüş hesabatlarının hazırlanması;
• Fəal satışların koordinasiyası.

İş qrafiki: 08:30 - 17:30 (5 günlük iş qrafiki)

Ünvan: Bakı şəhəri, Ağa İş Mərkəzi, 12-ci mərtəbə

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Tərcümeyi-halınızı 31 avqust 2020-ci il tarixindən gec olmamaq şərti ilə konul.tiz@mail.mbcc-group.com elektron ünvanına subject/mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərə bilərsiniz.

Master Builders Solutions Azerbaijan
Əlaqə üçün nömrə: +99450 224 80 59

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP