Data analitika və data mühəndisliyi şöbəsinin aparıcı mütəxəssisi
 
JOB TITLE: Data analitika və data mühəndisliyi şöbəsinin aparıcı mütəxəssisi
EMPLOYER: Elektron Hökumətin İnkişafı Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-19 LAST UPDATED: N/A DEADLINE: 2020-09-18

Dövlət orqanının adı “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departament Data lab
Şöbənin adı Data analitika və data mühəndisliyi şöbəsi
Vəzifənin adı Aparıcı mütəxəssis
Ünvan Bakı şəhəri, Atatürk prospekti 89/91

Vəzifə funksiyaları:

• Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatları ilə inteqrasiya ilə bağlı təkliflər hazırlayır və inteqrasiyasında iştirak edir;
• Dövlət qurumlarının və daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməkliyi göstərir;
• Data tamlığı ilə bağlı işlərin tədqiqində və tətbiqində iştirak edir;
• Məlumatlar Anbarının formalaşdırılmasında və OLAP sistemin qurulmasında və idarə edilməsində iştirak edir;
• ETL (Məlumatların Çıxarılması, Transformasiyası və Toplanılması) prosedurunun hazırlanması və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak edir;
• Məlumatlar Anbarının və ETL prosedurların işləkliyinə nəzarət edir və dayanmalar olarsa, vaxtında müdaxilə edərək problemi həll edir və bununla bağlı şöbə müdirinə məlumat verir;
• Məlumatların tamlığına nəzarət edir və problem olarsa, operativ olaraq lazımi işçiləri məlumatlandırır, problemin həllində iştirak edir;
• SQL sorğuların hazırlanmasını təmin edir;
• SQL sorğularını optimallaşdırır;
• Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırır və cavablandırılmasını təmin edir;
• Departament və şöbənin işlərinin təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
• Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak edir;
• İnternetdən və API-lardan məlumatların çəkilməsi üçün proqramların yazılması və alətlərdən istifadə
• NoSQL model əsaslı verilənlər bazaları (MongoDB, Redis, Cassandra və s.) ilə tanışlıq

Təhsil və ixtisas tələbləri

• Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir

Peşəkar bacarıqlara dair tələblər

• SQL
• Microsoft SQL Server (SSİS, SSRS)
• Hər hansı proqramlaşdır dilində (Pyhton) ilkin biliklər (üstünlük veriləcək)
• Hər hansı paylanmış sistemlər (Hadoop, Spark) üzrə ilkin biliklər (üstünlük veriləcək)

Xarici dil bilikləri

• İngilis dili (İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək)

İş təcrübəsi

• Sahə üzrə iş təcrübəsi ən azı 2 il

İş yerinin əlavə faydaları

• Performansa uyğun əlavə ödənişlər
• Həm komandada, həm də müstəqil tapşırıqlar
• Şəxsi inkişaf imkanları
• Tibbi Sığorta

Son müraciət tarixi: 08.09.2020-ci il
Müraciət üçün: egov-qt@asan.gov.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP