İnşaat üzrə menecer
 
JOB TITLE: İnşaat üzrə menecer
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-19 LAST UPDATED: N/A DEADLINE: 2020-09-18



İnşaat üzrə menecer

Fəaliyyətin xülasəsi və məqsədi:

Podratçılar tərəfindən icra olunan tikinti işlərinin idarə olunması və nəzarət olunmasından, eləcə də inkişafa dəstək vermək və tikintidən qabaq qrafik/sənədlərin hazırlanmasına nəzarət etməkdən; tikinti layihəsinin kommersiya sahəsinə nəzarət etməkdən; təhvil prosesinə nəzarət və rəhbərlik etməkdən; şöbəninTəsisat Menecerinə texniki dəstəyin təmin olunmasından məsuliyyət daşıyan şəxsdir.

Vəzifə Öhdəlikləri:

 Yeni və mövcud bina və təsisatların tikinti, yenidənqurma və adaptiv yenidən istifadəyə verilmə ehtiyaclarının müəyyənləşdirilməsinə yardım edilməsi.
 Tikinti işlərinə nəzarət etmək və inşa olunmuş Bravo layihələrində və podratçıların tikinti layihəsində icarədar və podratçılarla iş üzrə ASM MMC şirkətinin tikinti sahə nümayəndəsi kimi fəaliyyət göstərmək.
 Podratçı tərəfindən təsisatların tikinti/quraşdırma, ön istismar və istismarının həyata keçirilməsi ilə bağlı işlərin layihə spesifikasiyaları, işin əhatə dairəsi və müvafiq layihə qrafikinə uyğun şəkildə icra edilməsinin təmin olunmasından məsuliyət daşıyır.
 Tikinti podratçıları, layihə steykholderləri, layihələrin idarəolunması və şirkət rəhbərliyi arasında fəaliyyət və gözləntilərin əlaqələndirilməsi.
 Ərazidə kordinasiya, podratçılarla gündəlik/həftəlik görüşlərin təşkil olunmasından məsuliyyət daşıyır.
 Sahədə ticarət podratçıları və layihə komandası ilə birgə komanda yanaşmasının inkişaf etdirilməsi.
 Yeni bina/təsisatların icazə sənədlərinin təşkil olunması prosesinə yardım edilməsi.
 Uyğunluq və düzgünlüyün təmin olunması məqsədilə tikinti qrafikləri və digər layihə sənədlərinin nəzərdən keçirilməsi. Kommersiya sənədlərinin dəyişikliklər, əlavə təklif və s. baxımından yoxlanılması.
 İşin gedişatına nəzarət edilməsi və layihənin detalları, habelə gedişatı, risk və imkanları ilə əlaqədar Rəhbərliyə vaxtında hesabat verilməsi.
 Tikintinin səmərəliliyi, qrafik üzrə fəaliyyətə nəzarət edilməsi və aşağı səviyyəli fəaliyyətin səbəblərinin araşdırılması. Fəaliyyət proseduru/iş təlimatlarına dəyişikliklər tətbiq edərək, onların inkişafı üçün məsləhət və institusional tədbirlərin təmin edilməsi.
 Təsisatların təhvil verilməsi prosesi üzrə qüsur/çatışmazlıqların siyahısının hazırlanması zamanı Təsisat Mencerinə yardım edilməsi və təhvil verilmə prosesinin gedişatına nəzarət edilməsi.
 Müvafiq vəzifələrin tələblərə uyğun şəkildə icra olunması.

Vəzifə bilikləri

Bilik

 Layihələrin idarəedilməsi sahəsində texniki bacarıq və tikinti mühəndisliyi sahəsində 4-6 illik təcrübə
 Bakalavr və ya ona ekvivalent dərəcə.
 Sahibkar yanaşmasına malik yüksək motivasıyalı fərd.
 Sərbəst unsiyyət qurmaq və bütün növ fərd və şəxsiyyətlərlərlə işləmək bacarığına malik,son dərəcədə mehriban, həvəsli və ünsiyyətcil şəxsiyyətə sahib olmaq.
 Düzgün iş prosesi yaratmaq bacarığı

Bacarıq

 Yüksək səviyyədə insanlararası, kommunikasiya və analitik bacarıqlara sahib olmaq
 Güclü kommunikasiya və mübahisələrin həlli bacarıqları
 Bacarıq və biliklərini digərləri ilə bölüşmək.
 İnsanlararası, yazılı və şifahi kommunikasiya.
 Vaxtın düzgün idarə edilməsi
 Fərdi komputer (PC) və email, internet, Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) eləcə də CAD proqram təminatı (məs., AutoCAD, ArchiCAD və s.) kimi şirkət kommunikasiya vasitələri ilə işləmək bacarığı

Xüsusiyyətlər

 Komandada işləmək bacarığı
 Yüksək motivasiya
 İşə sakit və peşəkar yanaşma
 Bütün səviyyələrdə iş yoldaşlarına məsləhət və dəstək vermək bacarığı.
 Etibarlı və sədaqətli, nəzarətsiz işləmək bacarığı

Müraciət üçün CV-nizi hr@azerbaijansupermarket.com elektrom ünvanına “İnşaat üzrə menecer” başlığı ilə yönləndirə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP