Kiçik inşaat mühəndisi
 
JOB TITLE: Kiçik inşaat mühəndisi
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-19 LAST UPDATED: N/A DEADLINE: 2020-09-18



Şöbə:  Mağazanın təkmilləşdirilməsi

Vəzifə:  Kiçik inşaat mühəndisi

Vəzifə öhdəlikləri

 Tikinti işlərinə nəzarət etmək;
 Podratçı tərəfindən tikintinin/istehsalının, istismar öncəsi və layihənin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğu təmin etmək qurğuların istismara verilməsi ilə bağlı işin həyata keçirilməsini təmin etməyə cavabdeh olmaq;
 Yeni binalar/qurğular üçün lisenziya qrafiki hazırlamaq və təşkil etməyə kömək etmək;
 Tikinti qrafikləri və ya digər çatdırılmaların ardıcıllıq və düzgünlüyünü nəzərdən keçirmək;
 İşin təkminləşdirilməsinə nəzarət etmək və inkişaf, risklər və imkanlar da daxil olmaqla, layihə ilə bağlı məlumatları vaxtında rəhbərliyə hesabat vermək;
 Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək və gözləniləndən daha az olan işlərlə bağlı səbəbləri araşdırmaq;
 Əməliyyat prosedurlarına/iş təlimatlarına dəyişiklik edərək tövsiyələr vermək və müəssisə ilə bağlı tədbirləri yerinə yetirmək;
 Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla qurğuların təslim edilmə proseslərində Tikinti mühəndislərinə və çatdırılma ilə bağlı proseslərə kömək etmək;
 Avadanlıqlara nəzarətə cavabdeh olan heyətin işinə nəzarət etmək, nəzərdən keçirmək və iştirak etmək;
 Bütün qurğular və avadanlıqlar üçün profilaktik nəzarət və təhlükəsizliyin yoxlanılması proqramlarını hazırlamaq və təşkil etmək;
 Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək üçün işlək vəziyyətdə olan bina və qurğuları mühafizə etməyə cavabdeh olmaq;

Vəzifənin tələbləri

 Layihə nəzarəti ilə bağlı texniki bacarıq və tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək təcrübə;
 Bakalavr dərəcəsi;
 Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
 Mükəmməl ünsiyyət və analitik bacarıq;
 Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı;
 Mükəmməl təqdimat bacarığı;
 Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti;
 Vaxtını düzgün idarə edilməsi;
 E-mail, internet, və Microsoft Office (məs; Word, Excel, Office, Outlook, PowerPoint) həmçinin CAD software (məs; AutoCAD) kimi şəxsi kompüter (PC) və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək bacarığı.
 Yaxşı komanda iştirakçısı;
 Bütün hallarda həmkarlarına məsləhət vermək və ya dəstək olmaq bacarığı;
 Güvənilən və etibarlı, nəzarət olunmayan iş qabiliyyəti.

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP