Kiçik mexanik mühəndisi
 
JOB TITLE: Kiçik mexanik mühəndisi
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-19 LAST UPDATED: N/A DEADLINE: 2020-09-18



Vəzifə: Kiçik mexanik mühəndisi

Vəzifə öhdəlikləri

 Bütün mexaniki və havalandırma sisteminin (qurğu və avadanlıqların) işə salınması və texniki baxışdan keçirilməsi, eləcə də digər bütün mühəndis işlərini həyata keçirir.
 Mövcud mənbələrə əsasən hər həftə anbarları ziyarət edir, baş mexanikə məsləhətlər verərək yardım edir və texniki xidmətin vaxtlı-vaxtında və texniki cəhətdən səmərəli şəkildə yerinə yetirilməsini təmin edir.
 Müəssisə meneceri səlahiyyət verdikdə təkmilləşdirmə və yeniliklə bağlı bütün xırda işləri icra edir.
 Ehtiyat hissələr və istehlak materiallarının müvafiq vaxtda və ehtiyat hissələrinin yüksək qiymətlərini nəzərə almaqla tələb edilməsini təmin edir.
 Müntəzəm olaraq kadrların qiymətləndirilməsini aparır və lazımi tövsiyələr verir.
 Müəssisənin standartlarını təkmilləşdirmək məqsədilə daim səy göstərir.
 Avadanlığın nasazlığını araşdıraraq xətalı fəaliyyətlə bağlı diaqnoz qoyur; müştəriyə lazımi tövsiyələr verir.
 Layihənin icrası zamanı konstruktiv dəyişikliklərə nəzarət edir
 Alt sistemin fəaliyyəti və onunla bağlı dəyişiklik və ya yeniləmə tələblərini qiymətləndirmək üçün müəssisə rəhbərliyinə əhatəli texniki hesabat verir.
 Müştərilər, podratçılar, memarlar və layihə komandasının digər üzvləri ilə olan bütün qarşılıqlı əlaqələrdə şirkətin təmsil edilməsi ilə bağlı məsuliyyət daşıyır.
 Qurğulara texniki xidmət göstərilməsi üzrə məsul heyətin işlərini planlaşdırır, növbələşdirir, vəzifə tapşırıqları verir, nəzarət edir, yoxlayır və iş prosesində iştirak edir.
 Qurğulara texniki baxış xidmətlərinin göstərilməsi üçün qrafiklər və metodlar hazırlayır; vəsait ehtiyaclarını müəyyənləşdirir; müvafiq rəhbər heyətlə birlikdə ehtiyacarı gözdən keçirir; lazımi vəsaiti ayırır.
 Mühəndis qurğularının, infrastrukturun və müəssisə avadanlıqlarının quraşdırılması, yoxlanması, təmiri, problemlərin aradan qaldırılması və gündəlik texniki baxışdan keçirilməsinə nəzarət edir.
 Bütün obyekt və avadanlıqlar üçün qabaqlayıcı texniki xidmət və təhlükəsizlik yoxlanışları proqramları hazırlayır və tətbiq edir.
 Mühəndis qurğuları və obyektlərin ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətinə müvafiq qaydada saxlanılmasına görə məsuliyyət daşıyır.
 Podrat xidmətlərinin təmin olunması üçün podratçılarla koordinasiya yaradır.
 Sualları cavablandırır və cəmiyyəti məlumatlandırır; şikayətləri araşdırır və onları həlli üçün lazım gəldikdə islahedici tədbirlər görülməsi ilə bağlı tövsiyələr verir. Şikayətlər qeyd olunur və anbarların inkişaf etdirilməsi üzrə Müəssisə Menecerinə həftəlik qaydada hesabat verilir.
 Lazım gəldikdə müvafiq vəzifələri yerinə yetirir.

Vəzifənin tələbləri

 Azərbaycan dilində sərbəst danışıq
 Əsas mexaniki və/və ya elektromexanika texnologiyası sahəsində bilik
 Ümumi əl aləti və/və ya mexaniki emalatxana sahəsində bilik
 Aşağıdakı sahələrdən istənilən birində başlanğıc texniki bilik və bacarıq: istehsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması bacarığı
 Standart əl və mexaniki alətlərin istifadəsində müəyyən təcrübə
 Mexanika sahəsi üzrə bakalavr dərəcəsi
 Elektrik sxemlərini, qrafikləri, diaqramları və cizgi kağızlarını oxumaq bacarığı
 Elektrik naqillərini rənginə görə müəyyən etmək bacarığı
 Operativ nəzarət və tənqidi düşüncə bacarığı

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP