Vergi məsələləri üzrə məsləhətçi
 
JOB TITLE: Vergi məsələləri üzrə məsləhətçi
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-20 LAST UPDATED: N/A DEADLINE: 2020-09-19

“Bank Respublika” ASC “Vergi məsələləri üzrə məsləhətçi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərin zənglərinin qəbulu;
• Müştərilərə VÖEN açılması ilə bağlı məsləhətlərin verilməsi;
• Vergi hesabatlılığı ilə bağlı müştərilərə tövsiyələrin verilməsi və dəstək göstərilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Təcrübə: mühasibatlıq sahəsi üzrə arzuolunandır;
• Vergi qanunvericiliyi üzrə biliklər;
• Fiziki şəxslərin vergi hesabatalarının verilməsi ilə bağlı biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla);
• MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
• Müxtəlif düşüncə və dünya görüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərar vermə bacarığı;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2020-ci il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Vergi məsələləri üzrə məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP