Qazanxana operatoru
 
JOB TITLE: Qazanxana operatoru
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-20 LAST UPDATED: N/A DEADLINE: 2020-09-19

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Elan : “Qazanxana operatoru

İşin qısa təsviri :

• Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;
• Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi;
• Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;
• Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
• Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması.

Sizin əsas vəzifə öhdəlikləriniz :

• İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
• Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi;
• Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması;
• Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini, texniki xarakteristikalarını, qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini, istilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin, suyun və buxarın keyfiyyət normalarını, ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini, qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini, istifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini, qazan aqreqatının texniki-iqtisadi göstəricilərini, istilik texnikasının mexanikanın, elektrotexnikanın su hazırlığının əsaslarını bilməlidir.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Orta texniki təhsil;
• İş təcrübəsi : Müvafiq sahə üzrə 1 il;
• Yaş həddi : 20-45 aralığı.

Bizim iş şərtləri :

• İş qrafiki : Növbəli;
• İş yeri : Hökməli qəs;
• Nahar və servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qazanxana operatoru” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP