Scrum Master
 
JOB TITLE: Scrum Master
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-20 LAST UPDATED: 2020-08-20 DEADLINE: 2020-09-19

Kapital Bank namizədləri “Scrum Master” vakansiyası üzrə Agile komandasına dəvət edir!

Öhdəliklər:

• Scrum və Agile təcrübə metodologiyasından necə istifadə olunacağına dair komanda və təşkilata rəhbərlik etmək;
• Scrum prosesinə nəzarət etmək, komandanı idarə etmək;
• Bütün komandanı cəlb edərək gündəlik “scrum”, “sprint” üzrə baxışlar keçirmək, görüşləri planlaşdırmaq;
• Məhsulun buraxılış planlamasında Məhsul Sahibinə dəstək olmaq;
• Məhsul Sahibinə dəstək göstərərək və komandanın uğurlarının bütün maraqlı tərəflər üçün (stakeholders) yüksək səviyyədə görünməsini təmin edərək, komandanın uğuru üçün bütün maneələri dəf etmək: dəyərlər üzrə baryer və ya maddi-texniki çətinliklərin öhdəsindən gəlmək;
• Bütün komanda üzvləri arasında sıx əməkdaşlığı inkişaf etdirmək, cross - təlimləri və bir-birini dəstəkləməklərini təşviq etmək;
• Komanda daxilində və xaricində ünsiyyət və əməkdaşlığı qoruyub saxlamaq;
• Komandanı xarici müdaxilələrdən qorumaq və onun tam işlək və məhsuldar olmasını təmin etmək;
• Danışıqlar, mentorluq və rol oyunları vasitəsi ilə komandada Agile düşüncə tərzini inkişaf etdirmək;
• Problemlərin rahatlıqla aradan qaldırıla biləcəyi etibarlı və sağlam bir mühit qurmaq.

Tələblər:

• Scrum Master üzrə minimum 3 il iş təcrübəsi;
• Liderlik və komanda daxili layihələrdə iştirak üzrə ən azı 3 illik təcrübəyə üstünlük verilir;
• İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər müvafiq sahələrdə bakalavr və ya magistr dərəcəsi;
• Scrum Master üzrə sertifikata malik olmaq;
• Komanda daxilində yeni düşüncə və özünü inkişaf etdirməni təşviq etmə bacarığı;
• “Sprint”lərin vaxtında başa çatmasına imkan vermək üçün komandanın çətin vəziyyətdə inamlı və bacarıqlı idarə olunması bacarığı;
• Proqramçı olaraq iş təcrübəsinin olması arzu olunandır;
• Xüsusi Scrum Master ilə Agile metodologiyasının inkişafı üzrə təcrübəyə, və ya ona oxşar təcrübəyə malik olan namizədlərə üstünlük verilir;
• Agile təcrübəsi çərçivəsində komandanı idarə etmək və maksimum iş dəyərini vaxtında çatdırmaq üçün Agile metodologiyasına riayət olunmasını təmin etmək;
• Çətin mesajları çatdırmaq və yeni anlayışları öyrətmək bacarığı ilə güclü kommunikasiya qabiliyyətinə malik olmaq;
• Komanda daxilindəki münaqişələri böyük problemə çevrilmədən öncə həll edə bilmək bacarığı;
• Görüşlərin planlaşdırılması və əlaqələndirilməsi, risk, asılılıq və maneələrin müəyyənləşdirilməsi, mənbələrin əlaqələndirilməsi və çoxsaylı prioritetlərin idarə olunması sahəsində təcrübənin olması tələb olunandır;
• İşə yüksək enerji və həvəsli baxış qatmaq və ətrafındakılara təsir göstərmək bacarığı;
• Rahat və effektiv iş mühiti yaratmaq üçün etibar və qarşılıqlı anlaşma qurmaq bacarığı;
• İnnovasiyalara və “can do” yanaşmasına həvəsli olmaq.

Əgər Siz də Kapital Bankın dinamik və peşəkar Agile komandasının üzvü olmaq istəyirsinizsə, https://hr.kapitalbank.az işə gəbul portalından qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP