İnnovasiya Mərkəzinə Proqram meneceri
 
JOB TITLE: İnnovasiya Mərkəzinə Proqram meneceri
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-24 LAST UPDATED: N/A DEADLINE: 2020-09-23

Azərbaycan Beynəlxalq Bankı İnnovasiya Mərkəzinə Proqram meneceri vakansiyası elan edir.

Görəcəyiniz işlər:

 İnnovasiya Mərkəzinin daxilində olan mövcud proqramlara dair gündəlik nəzarətin həyata keçirilməsi;
 Əməkdaşların fəaliyyətinə nəzarətin və lazımi dəstəyin həyata keçirilməsi;
 Rezidentlərlə və məzunlarla işin koordinasiyasına nəzarət;
 Mərkəzin fəaliyyətinə dair hesabatlığa nəzarət və bundan irəli gələn təqdimatların həyata keçirilməsi.

Bizim üçün ideal namizəd:

 Ali təhsilli (Biznes, Texnologiya, Marketinq, Layihə Menecmenti üzrə arzuolunandır);
 Yüksək səviyyədə ingilis və rus dili biliyi olan;
 Yüksək səviyyədə kommunikasiya, liderlik və idarəetmə qabiliyyətinə sahib;
 Problemlərin həll edə bilən və yeni ideyalara açıq olan;
 Minimum 5 il iş təcrübəsi (ondan min 2 il komandanın idarə edilməsi) olan şəxsdir;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Proqram meneceri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP