Rəqəmsal marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Rəqəmsal marketinq üzrə mütəxəssis
EMPLOYER: Gilan Tekstil Park DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-24 LAST UPDATED: N/A DEADLINE: 2020-09-23

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: Rəqəmsal marketinq üzrə mütəxəssis

DEPARTAMENT/ŞÖBƏ: Kommersiya
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• SMM, retargeting, SEO, Google Ads, e-mail marketinq, veb-səhifə idarəetmə fəaliyyətinin həyata keçirilməsi
• Kontent planın hazırlanması, mətnlərin yazılması, postların tərtib edilməsi üçün lazımi məlumatların toplanması və yayımlanması, paylaşılacaq vizualların dizaynına nəzarət edilməsi, yeni izləyicilərin cəlb edilməsi, hədəf kütlə sayının artırılması, məhsulların rəqəmsal məkanda irəlilətməsi, aidiyyatı üzrə foto və video çəkilişlərin təşkil edilməsi
• Sosial şəbəkələrdə, forumlarda və digər portallarda brendin imicinin monitorinqi və idarəedilməsi
• Onlayn mağazanın inkişafı üçün düzgün rəqəmsal strategiyanın hazırlanması və icra edilməsi
• Keyfiyyət və konversiya faizinin artırılması üçün daim çalışması
• Korporativ veb-səhifənin və onlayn mağaza səhifəsinin daim SEO edilməsi, bloq və xəbərlərin daim yenilənməsi
• Google Ads kampaniyaların hazırlanması və icra edilməsi
• Rəqəmsal platformada rəqiblərin izlənməsi və fərqli addımların atılması təkliflərin hazırlanması
• Davamlı trendlərin izlənməsi və yeni trend yarada bilmək üçün təkliflərin hazırlanması
• Texniki innovasiyaların qiymətləndirilməsi və zəruri hallarda onları tətbiq etmək üçün təhlilin aparılması
• Bütün rəqəmsal marketinq aktivliklərin aylıq nəticələri haqqında hesabatların hazırlanması

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil və ya magistr dərəcəsi (bizness, menegment, marketinq və s.oxşar sahələr üzrə);
• Müvafiq vəzifə üzrə 3 ildən az olmayan iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ SAATI

Həftə ərzində 5 günlük iş qrafiki.

• İş saatı: 09:00-18:00
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP