Brend menecer
 
JOB TITLE: Brend menecer
EMPLOYER: SSİ Retail DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-24 LAST UPDATED: 2020-08-26 DEADLINE: 2020-09-23

SSİ Retail Azərbaycanın ən uğurlu pərakəndə satış şirkətlərindən biri olub- Mango, New Yorker, Next və Celio kimi məşhur brendləri ölkəmizdə təmsil edir. Şirkət Azərbaycanda 14 mağazaya rəhbərlik edir.

Hal hazırda SSI Retail şirkətinə Brend menecer tələb olunur

İşin rolu:

İşin əsas rolu mağazaların satış prosesinə nəzarət etmək, işçilərin effektiv fəaliyyətini təşkil etmək, düzgün məhsul bölgüsü aparmaq, marketing prosesinə nəzarət etmək.

Vəzifə öhdəlikləri:

• Mal dövriyyəsi planını hazırlamaq
• Məhsul sifarişinin səmərəli həyata keçirilməsi
• Brendin şərt və tələblərinə uyğun olaraq marketing planına nəzarət
• Tətqiqat və bazar araşdırması
• Satış səviyyəsinin artımını təmin edən müvafiq tədbirlərin görülməsini

Əsas tələblər:

İxtisas / Təhsil:

• Təhsil: Ali (İdarəetmə sahəsi üzrə və ya digər müvafiq sertifikatlar arzuolunandır)

Təcrübə:

• Pərakəndə satış sahəsində Brend menecer vəzifədə 3 ildən az olmayan təcrübə

Bilik və bacarıqlar:

• Azərbaycan və İngilis dilini səlis bilmək
• Microsoft Office proqramları ilə sərbəst işləməyi bacarmalı (Excel, Word, Power Point, Outlook)
• Mükəmməl ünsiyyət bacarığı (şifahi və yazılı) və nitq söyləmə bacarığı
• Vaxtın idarə edilməsi bacarığı
• Qərar qəbul etmə bacarığı
• Təşkilatçılıq və İdarəetmə bacarığı
• İşin düzgün planlaşdırılması və bölgüsü

Kompetensiyalar:

• Strateji düşünmək və nəticə yönümlülük bacarığı
• Detallara diqqət yetirmək bacarığı
• Komandanın bir hissəsi olaraq işləmək bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini recruitment@ssi.az e-mailına, mövzu hissəsində “Brend menecer” qeyd edib göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP