Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Logist LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-24 LAST UPDATED: 2020-08-27 DEADLINE: 2020-09-23

Mühasib

Logist şirkəti komandasına peşəkarları öz komandasına dəvət edir!

Logist MMC anbar və ofisi Bakıda yerləşən logistika üzrə hər növ xidmət təklif edən müştəri yönümlü şirkətdir.

Vəzifənin öhdəlikləri

• Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ilkin sənədləşmənin aparılması, mühasibatlıq və vergi hesabatlarının hazırlanması və müvafiq orqanlara vaxtında təqdimatını həyata keçirtmək.
• DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
• Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi, işçilərlə hesablaşmaların təmin edilməsi
E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
• Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması qaydalarının düzgünlüyünə nəzarət edilməsi
• Şirkətin maliyyə vəziyyətinin analizi və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi

İş şərtləri

• 500 - 700 AZN - Əmək haqqı müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
• İş qrafiki həftə içi 9:00 – 18:00, istirahət günü - şənbə, bazar
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Koprorativ nömrə verilir
• Cavan və mehriban komandada işləmək fürsəti

Namizədə tələblər

• Ali təhsil (Mühasibat uçotu , maliyyə, iqtisadiyyat )
• 1C, MS Office proqramlarında işləmə bacarığı.
• Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi

Maraqlanan namizədlərdən öz CV-lərini ulker.sadigova@logist.az poçt ünvanına, mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP