HR kiçik mütəxəssis
 
JOB TITLE: HR kiçik mütəxəssis
EMPLOYER: Modenis LLC eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-24 LAST UPDATED: 2020-08-25 DEADLINE: 2020-09-23

Modenis MMC / eManat

Vəzifə adı: HR kiçik mütəxəssis

İş şəraiti :

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
• Dəyişkən əməkhaqqı sisteminin tətbiq edilməsi (aylıq bonuslar).

Öhdəliklər:

1. E-poçt yazışmalarını idarə etmək
2. Daxil olan məktubları və sənədləri almaq və onların bölüşdürülməsini əlaqələndirmək
3. Sənədlərin düzgün (qəbul olunmuş təlimatlara uyğun olaraq) işlənilməsi
4. Kadr uçotu, işçilərə cari və keçmiş əmək fəaliyyətləri haqqında arayışlar vermək
5. Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
6. Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi

Tələblər:

1. Ali Təhsilli
2. Ən az 1 il iş təcrübəsi
3. AR Əmək Məcəlləsini bilməli
4. Dil bilikləri: Azərbaycan, Rus dili – arzuolunandır
5. Ofis proqramlarında sərbəst işləməyi bacarmalı
6. Məsuliyyətli, işi düzgün icra etməli
7. Öyrənməyə həvəsli, yeniliyə açıq, araşdırmacı olmalı

Əmək haqqı:  432 AZN

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “HR kiçik mütəxəssis” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP