Layihə Meneceri
 
JOB TITLE: Layihə Meneceri
EMPLOYER: QalaGroup MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-25 LAST UPDATED: N/A DEADLINE: 2020-09-24

İş yeri: QalaGroup MMC

Vəzifənin adı : Layihə Meneceri

Vəzifə öhdəlikləri:

• Fərdi layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, lazım gəldikdə əlavə strukturları işə cəlb edir;
• Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
• Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
• Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
• Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
• Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir
• Layihə işçi qruplarına rəhbərlik edir;
• Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
• Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
• Bütün işlərlə bağlı Departamentin direktoruna hesabat verir;
• Baş direktorun verdiyi tapşırıqların uçotunu aparır, icrasına nəzarət edir və icra vəziyyəti barədə məruzələr edir;
• Digər struktur və bölmələrdən iş zərurəti ilə əlaqədar məlumat tələb etmə səlahiyyəti var;

Təhsil/Təcrübə:

• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə Azərbaycan və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki:6 gün, 09:00 – 18:00,
• İş yeri Qala Group MMC-nin ofisi

• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Layihə Meneceri” yazaraq hr@qalagroup.az ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP