Qubadlı filialı Satış bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi
 
JOB TITLE: Qubadlı filialı Satış bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-25 LAST UPDATED: N/A DEADLINE: 2020-09-24

Ümumi məlumat

Kapital Bank namizədləri Qubadlı filialı Satış bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
• Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;

Tələblər

• Ali təhsil
• Bankda eyni sahədə minimum 1-2 il iş təcrübəsi.
• Analitik düşüncə
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Qubadlı filialı Satış bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi " qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP