İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer
 
JOB TITLE: İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer
EMPLOYER: Azərbaycan Dəmir Yolları QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-26 LAST UPDATED: N/A DEADLINE: 2020-09-25

Vakansiyanın adı: İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer

Vakansiyanın kodu: V200820-2
Vakansiyanın kateqoriyası: Rəhbər
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” QSC
Vakansiya üzrə struktur: İnvestisiya idarəsi, Layihələrin əlaqələndirilməsi şöbəsi

Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: Texniki yönümlü / Mühəndislik / Layihələrin idarə olunması

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 5 il

Tələb olunan komputer bilikləri:

MS Excel-yaxşı
MS Word-yaxşı
MS Access-yaxşı

Tələb olunan xarici dil bilikləri:

İngilis-sərbəst
Rus-sərbəst

Vəzifə üzrə tələb olunan biliklər :

- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktlar və rəhbərliyin əmr, qərar və sərəncamlarına dair biliklər;
- Layihələrin idarə edilməsinin əsaslarına dair biliklər.
- Digər tələb və üstünlük göstəriciləri: Layihələrin idarə olunması üzrə xaricdə təhsil;
- Primavera programına dair biliklər;
- Korporativ loyallıq, operativlik;
- Böyük komandalarla işləmək təcrübəsi;
- Ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

- Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılması və təqdimatların hazırlanılması;
- Layihələr üzrə məlumatların təhlili;
- Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
- Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
- Layihə üzrə zəruri sənədləşmə işlərinin aparılması;
- Ümumi idarəetmə və tapşırıqların/layihə komponentlərinin yerinə yetirilməsi sahəsində təkliflərin verilməsi;
- Müqavilələr üzrə mübahisəli məsələlərin və layihənin icrasında maneələrin müəyyən olunması və aradan qaldırılmasında iştirak edilməsi;
- Xərclərə nəzarət etmək üçün müqavilələr üzrə təklif olunan tədbirlər barədə məlumatın verilməsi;
- Layihələr üzrə ayrılan vəsaitlərin xərclənməsi və işlərin ehtimal olunan dəyəri ilə əlaqədar monitorinqin aparılması;
- Daimi inkişaf üçün müqavilə üzrə işlərin idarə edilməsində köməklik və dəstəyin göstərilməsi;
- Tikinti və ya yenidənqurmanın layihələndirmə standartlarına uyğunluğu, iqtisadi səmərəliliyi üçün tərəqqi hesabatlarına və layihələndirmə təkliflərinə baxılması;
- Tərtib olunmuş müvafiq formalara uyğun aylıq, illik və ya rüblük hesabatların hazırlanması;
- Podratçılar tərəfindən təqdim olunmuş fiziki tərəqqi hesabatlarının analiz edilməsi və layihənin icrası zamanı yaranmış gecikmələrin səbəblərinin araşdırılması.

Vakansiyanın elan olunma tarixi: 20/08/2020
Son müraciət tarixi: 03/09/2020

Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/856#vp

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP