Daxili nəzarət mütəxəssisi
 
JOB TITLE: Daxili nəzarət mütəxəssisi
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-26 LAST UPDATED: N/A DEADLINE: 2020-09-25

Araz Supermarketlər Şəbəkəsi Daxili nəzarət mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

 Xidməti təminat apardığı struktur bölmələrdən daxil olmuş məlumatları icraatına qəbul etmək, təyin edilmiş müddətdə araşdırma aparmaq və yekun nəticələr barədə rəhbərinə yazılı və ya şifahi qaydada məlumatlandırmaq;
 Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişlərinə əsasən, xidməti təminat aparılan struktur bölmələrdə iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək, zərurət yarandıqda bazar araşdırması aparmaq, xidməti təqdimatlar göndərmək;
 Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlər həyata keçirmək;
 Bölmə müdirinin göstərişinə əsasən, xidməti təminat apardığı struktur bölmələrdə bazar araşdırması etmək, mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanmış müqavilələrin Şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və nəticələri bölmə müdirinə təqdim etmək;
 Zərurət yarandıqda isə şirkətə daxil olan digər struktur bölmələr ilə koordinasiyalı iş təşkil etmək

Tələblər:

 Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində arzuolunandır) ;
 Araşdırma,audit və maliyyə sahələri üzrə ən azı 3 il iş təcrübəsi, retail sahəsində olması arzuolunandır;
 Analitik zəkaya malik olmaq və məsələlər məntiqi yanaşma qabiliyyəti;
 Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
 İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
 Hesabatların təkmil formada hazırlanması bacarığı;
 Kompüter bilikləri (Office proqramları (Excel yüksək səviyyədə),Logo Tiger arzuolunandır);

Təminatlar:

 Servis xidməti;
 Nahar ilə təmin edilmə;
 Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
 6 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Daxili nəzarət mütəxəssisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.azElcin.Ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP