Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi
 
JOB TITLE: Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi
EMPLOYER: Bizim Market DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-26 LAST UPDATED: N/A DEADLINE: 2020-09-25

Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi:

Tələblər

• Müvafiq sahədə ali təhsil
• Tikinti/Təchizat sahəsində ən azı 3 illik təcrübə
• Azərbaycan dilində sərbəst, Rus dilində isə orta səviyyədə bilik
• Kompyuter bilikləri - MS ofice, Autocad və təchizat proqramlarını bilmək
• Müəssisənin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və hesablama qaydasını bilmək
• Tikinti materiallarının növlərini,təyinatını və spesifikasını bilməli
• Yerli tikinti bazarının biliyi

İş haqqında məlumat:

• Yerli və xarici bazarlarda tikinti materiallarına qiymətlərin öyrənilməsi
• Sifariş olunan materialların Sifarişçiyə qısa müddətdə çatdırılmasına nəzarət
• Satıcı fərdi şəxs və təşkilatlarla danışıqların aparılması və mümkün olan ən aşağı qiymətin razılaşdırılması
• Tikinti bazarında qiymətlərin mütəmadı yoxlanılması
• Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması
• Materialların alınması üçün kotirovka və tenderlərin keçirilməsi
• Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması və izahat
• Bütün tikinti layihələri üzrə ehtiyac olan tikinti materiallarının təchiz olunmasını təmin etmək

İş şəraiti

• 5 günlük iş həftəsi
• Nahar ilə təmin edilmə
• Telefon xərclərinin qarşılanması
• Əmək məcəlləsinə uyğun sənədləşmə

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaqdır.

Vakansiyaya müraciət üçün CV-ləri “Tikinti üzrə texniki şöbə və təchizat mühəndisi” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP