Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Dövlət qurumu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-26 LAST UPDATED: 2020-08-27 DEADLINE: 2020-09-25

Dövlət qurumu

Vəzifə: Hüquqşünas

Dövlət orqanı gənc və təcrübəli hüquqşünasların işə qəbulunu həyata keçirir. İdarənin əsas işi dövlət orqanına qarşı qaldırılan iddialara münasibətdə müdafiənin təşkil edilməsi və dövlət orqanı adından iddiaların qaldırılmasıdır. İşin təsviri: əsasən məhkəmə işləri üçün sənədlərin hazırlanması və məhkəmələrdə iştirak. Seçilən işçilər peşəkar vəkillərlə birgə işləyərək təlimlərə cəlb ediləcəklər. İş rejimi həftədə 5 gün 8 saat. Əmək haqları rəqabətlidir. İdarə Bakı şəhərində yerləşir.

Vəzifə öhdəlikləri:

- İddia ərizələrinin, etirazların, şikayətlərin, vəsatətlərin və digər müxtəlif hüquqi sənədlərin hazırlanması;
- Daxil olan məlumatların təhlil edilməsi və ümumiləşdirilməsi, arayışların hazırlanması;
- Dövlət orqanını bütün instansiya məhkəmələrində və hüquq mühafizə orqanlarında peşəkar səviyyədə təmsil edilməsi, hüquqi mənafeyinin qorunması və müdafiə edilməsi.

Tələblər:

• Hüquq üzrə ali təhsil;
• Məhkəmələrdə təmsilçiliklə bağlı iş təcrübəsi olan şəxslərə üstünlük verilir;
• Hüquqi yazı və araşdırma aparmaq vərdişlərinin olması;
• Dil bilikləri: Azərbaycan dilini əla bilmək, Rus və İngilis dili bilikləri arzuolunandır;
• MS Office proqramları, İnternet resursları və informasiya ehtiyatları ilə işləmə bacarığı;
• Məntiqi düşüncə və hüquqi təhlil, habelə yazı və nitq (natiqlik) qabiliyyətlərinin yüksək olması.

Vakant yerlər üçün müraciət etmək istəyənlər CV-lərini 10.09.2020-ci il tarixinədək mövzu yerində “Hüquqşünas” adı altında 2020kadr.hr@gmail.com e-mail ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP