Mühəndis-Mexatronik
 
JOB TITLE: Mühəndis-Mexatronik
EMPLOYER: Halal-P DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-27 LAST UPDATED: N/A DEADLINE: 2020-09-26

Artıq 22 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.

“Halal-P” şirkəti

Mühəndis-Mexatronik

vəzifəsinə elan verir.

İş haqqında məlumat

 Avadanlıqların satışdan sonrakı quraşdırılması, diaqnostikası, profilaktikası və təmir işlərinin görülməsi;
 Daxil olan sorğular əsasında istehsalçı şirkətlərlə əlaqə saxlayaraq yaranmış problemlərin aradan qaldırılması yollarının tapılması;
 Proqram təminatı ilə (uzaqdan) idarə olunan avadanlıqların diaqnostikası və nasazlığının operativ şəkildə aradan qaldırılması;
 Göstərilən xidmətlərin texniki keyfiyyətinin nəzərdən keçirilməsi;
 Avadanlıqların iş prinsipində mövcud ola biləcək problemlərinin təsbit edilməsi və həlli üçün tədbir görülməsi;
 Texnoloji avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi;
 Texniki biliklərin artırılması üçün ölkə xaricində istehsalçı şirkətlər tərəfindən keçirilən təlimlərdə iştirak edilməsi.
 İş qrafiki-Həftənin bazar ertəsi-cümə günləri 09:00-18:00

Tələb olunan minimum bilik, səriştə və keyfiyyətlər

 Ali təhsil (Mexanika, elektronika, elektrik, elektrotexnika sahəsində üstünlük verilir);

Üstünlük verilən meyarlar

 Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
 Şəbəkə texnologiyaları barədə məlumatlı olması
 Komputer və Windows əməliyyat sistemi üzrə texinki biliklər

Tələblərə uyğun gələn namizədlərdən mövzu sətrində “Mühəndis-Mexatronik” qeyd edərək CV-lərini hr@halal.az elektron ünvanına göndərməkləri xahiş olunur.

Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP