Nəqliyyatçı
 
JOB TITLE: Nəqliyyatçı
EMPLOYER: Modenis LLC eManat DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-27 LAST UPDATED: N/A DEADLINE: 2020-09-26

Nəqliyyatçı

Modenis MMC / eManat

Vəzifə öhdəlikləri:

• Vəzifə təlimatlarının tələblərini ciddi surətdə yerinə yetirir;
• Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
• Avtomobillərin gündəlik texniki göstəricilərinin yoxlanılması;
• Günlük və aylıq olmaqla avtomobillərin yanacaq sərfiyyatına nəzarət və sərfiyyatın idarə edilməsi;
• NV-lərinin istismarı üzrə texniki normativlərə riayət edilməsi prosesinə nəzarət etmək;
• Avtomobillərin qaydalara uyğun olaraq istismarına və texniki təhlükəsizliyinə nəzarət etmək, sürücülərlə birbaşa işləmək iş bölgüsünin aparılması;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi:
• Avtomobil və ümumi təhlükəsizlik məsələləri ilə bağlı öz təkliflərini birbaşa tabe olduğu rəhbərinə çatdırır, məsələlərin həlli ilə əlaqədar öz təkliflərini irəli sürür;

Vakant vəzifə üzrə tələblər:

• Yaş 30 - 45
• Bu sahə üzrə 2-3 il iş təcrübəsi olmalıdır
• “MS office” proqramlarını yüksək səviyyədə bilməlidir
• Yol hərəkəti qaydalarını və onların pozulmasına görə təyin edilmiş cərimə sanksiyalarını bilməlidir
• Avtomobilin əsas texniki xarakteristikasını və ümumi quruluşunu, təyinatını, mexanizmini, hərəkət prinsipini, avtomobilin aqreqat və cihazlarının işi və xidmətini bilməlidir
• 1C proqramını bilməlidir
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı

İş şəraiti:

• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Əmək haqqı nett 600 AZN;
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “Nəqliyyatçı” yazılmalıdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP