Elektrokar ustası
 
JOB TITLE: Elektrokar ustası
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-28 LAST UPDATED: N/A DEADLINE: 2020-09-27

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Elektrokar ustası

İş yeri: Bakı şəhəri, Məhəmmədi qəsəbəsi
İş təcrübəsi: 1 il
Təhsil: Ali və ya Orta-ixtisas
Yaş həddi: 25-40 yaş

İşin Təsviri: Qaldırıcı və daşıyıcı qurğuların anbar daxilində daimi hərəkətinin təşkili üçün təmir işlərinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

- Avtonəqliyyat mexanizmi və onlarla bağlı konstruksiyaların quraşdırılmasında mürəkkəb işlərin yerina yetirilməsini təmin etmək;
- Əl alətləri ilə yivləri açmaq, qeyri-vacib detalları boltla bərkitmək;
- Mühərrikə əsaslı təmirini başa çatdırmaq;
- Difer və sürətlər qutusunun əsaslı təmirini təşkil etmək;
- Mexaniklə birlikdə nasazlığın yaranma səbəbini araşdırıb nasazlığa diaqnoz qoymaq;
- Ehtiyat hissələrini quraşdırmaq, nizamlamaq və dəyişdirmək;
- Maşının detallarının çıxarılması, yuyulması, təmirə ehtiyacı olan hissələrin müəyyən edilməsi, detal və hissələrin statik balanslaşdırılmasının həyata keçirmək;
- Əməyi mühafizəsi, əmək nizam intizam, yanğından mühafizə normaları, texni-ki təhlükəsizlik, sanitar gigiyena qaydalarına riayət etmək;
- Şirkətin məqsəd və hədəfləri çərçivəsində çalışmaq;
- Avadanlıqların asılma üsullarını,sadə avadanlıqların növləri və onların tətbiq edilmə üsullarını,avadanlıq detallarının yağlanma üsullarını və çilingər alətlərinin təyinatını bilmək;
- Mexanikin yazılı və şifahi göstərişləri və təlimatlarını yerinə yetirmək;
- Vəzifəsinin icrası ilə əlaqədər digər tapşırıqları yerinə yetirməlidir.

Tələblər:

- Texnikanın təmiri haqqında məlumata sahib olmalı;
- Qaldırıcı və daşıyıcı qurğuların istifadə təlimatını bilməli;
- Məsuliyyətli və punktual olmalı;
- Təşəbbüskar və yenilikçi olmalı.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 6 günlük iş qrafiki;
- Əmək müqaviləsi.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Elektrokar ustası” yazmaqla CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP