Modelləşdirmə risklərinin idarə edilməsi üzrə aparıcı /baş mütəxəssis
 
JOB TITLE: Modelləşdirmə risklərinin idarə edilməsi üzrə aparıcı /baş mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-28 LAST UPDATED: N/A DEADLINE: 2020-09-27

Azərbaycan Beynəlxalq Bankı Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Modelləşdirmə risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

 Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
 Yüksək keyfiyyətli risk modellərinin tətbiqi komponentlərini / çərçivələrini layihələndirmək və həyata keçirmək;
 Bankın əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
 Yeni və ya mövcud olan modelin keyfiyyətinin yüksəldilməsi üçün aktiv şəkildə araşdırma aparmaq;
 Mövcud olan modelləri təkmilləşdirmək;
 Ümumi Bank səviyyəsində tətbiq olunan modelləri risk müstəvisində qiymətləndirmək;
 Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
 Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatlar hazırlamaq.

Bizim üçün ideal namizəd:

 Ali təhsilli (Statistika, Riyaziyyat, İnformatika, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
 Statistik və ya riyazi modelləşdirmə sahəsində minimum 3, müvafiq sahə üzrə minumum 1 il iş təcrübəli;
 Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
 Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli;
 Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarıqlı;
 İnkişaf etdirilən modelləşdirmə, yüksək rəqəmsal və qabaqcıl məlumatların təhlili üzrə anlayışı olan;
 Front-end və ya Back-end kodlaşdırma təcrübəsi və SQL biliyinin olması üstünlükdür;
 Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığının olması;
 BPM, Bİ, Flexcube və s bank proqramları ilə tanışlığının olması üstünlükdür.

Bu iş sizə nələri qazandıracaq:

 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Modelləşdirmə risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP