Ticari Marketinq üzrə mütəxəssis
 
JOB TITLE: Ticari Marketinq üzrə mütəxəssis
EMPLOYER: Karvan - L DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-31 LAST UPDATED: 2020-08-31 DEADLINE: 2020-09-30

Ticari Marketinq üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Şirkətin istehsal etdiyi məhsullar haqqında geniş məlumatı sosial şəbəkələrdə yerləşdirmək və müştəri bazası yaratmaq,mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq,
- Sosial medya üçün həftəlik nəşrlər planının hazırlanması
- Müştəri və adiyatı sahə üzrə bazar araşdırmasının icrası, nəticələr əsasında analizlərin aparılması və inkişaf kanallarının müəyyən edilməsi.
- Kampaniyaların hazırlanması, satışa elan edilməsi, test edilməsi, tətbiqinin izlənilməsi
- Kampaniyalarla bağlı təkliflərin verilməsi
- Rəqiblərin kampaniyalarının izlənilməsi və hesabatın verilməsi
- Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək;
- Məhsulun satışı ilə bağlı görüşlərin keçirilməsi;
- Korporativ müştərilər cəlb etmək;
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimat və satişı.
- Mövcud olan müştərilərimizlə əlaqə yaratmaq, əlaqəni möhkəmləndirmək və işin prinsipini artırmaq və.s
- Korporariv satış planının hazırlanması, icrasına nəzarətin edilməsi.
- Mövcud satış kanallarında satış metodlarının təkmilləşdirilməsi, yeni müştəri bazasının yaradılması istiqamətində layihələrin hazırlanması.
- Mövcud reklam bazarının analizi, uyğun partnyorların müəyyənləşdirilməsi.
- Müştərilərlə görüşlərin keçirilməsi, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi.

Əlavə təminatlar:

· Nahar;
· Korporativ nömrə;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.
ə/h 500 -600 AZN artandır

Namizədə tələblər:

Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 25 - 45

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil
- Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsi
- MS Office (Word, Excel, Power Point) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq

Xanım namizədlərə üstünlük veriələcək

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Ticari Marketinq üzrə mütəxəssis" yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP