Təhlükəsizlik Rəisi
 
JOB TITLE: Təhlükəsizlik Rəisi
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-31 LAST UPDATED: N/A DEADLINE: 2020-09-30

Araz Supermarketlər Şəbəkəsi Təhlükəsizlik Rəisi vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri:Bakı

Vəzifə öhdəlikləri:

 Obyektin əməkdaşlarının güc və texniki vasitələrinin köməyi ilə qorunan obyektlərin mühafizəsini təşkil etmək;
 Şirkətin obyekt və postlarında mühafizənin səmərəli və dayanıqlı təşkilinə, həmçinin idarəolunmasına birbaşa rəhbərlik etmək;
 Kurasiyasında olan mağaza filiallarında təsdiq edilmiş fəaliyyət planı və iş qrafikinin icra olunmasına nəzarət etmək;
 Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq təlim planının hazırlanması, bütün təhlükəsizlik əməkdaşlarına təlimin keçirilməsi;
 Şirkətin idarəetmə orqanları tərəfindən qarşıya qoyulmuş digər vəzifələrin yerinə yetirilməsi;
 Videomüşahidə, siqnalizasiya və yanğın əleyhinə tədbirlər planının işlənib hazırlanması və təliminin keçirilməsi.

Tələblər:

 Ali təhsil;
 Yaş həddi:30-45;
 Təhülkəsizlik sahəsində minimum 3 il rəhbər vəzifəsində iş təcrübəsinin olması;
 Azərbaycan Silahlı Qüvvələrində iş təcrübəsi arzuolunandır;
 Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
 İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
 Diqqət, analiz etmək, ünsiyyət bacarıqlarının olması;
 MS Office proqramları biliyi;
 Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması.
 Əlavə dil biliyi olanlara üstünlük verilir.

Təminatlar:

 Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
 Nahar ilə təmin edilmə;
 Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
 6 günlük iş qrafiki;
 Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Təhlükəsizlik Rəisi”adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP