Məhsul və Biznes Proseslərin İdarə Edilməsi şöbəsi/aparıcı mütəxəssis
 
JOB TITLE: Məhsul və Biznes Proseslərin İdarə Edilməsi şöbəsi/aparıcı mütəxəssis
EMPLOYER: Yelo Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-31 LAST UPDATED: 2020-08-31 DEADLINE: 2020-09-30

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Məhsulların və Biznes Proseslərin İdarə Edilməsi şöbəsinin aparıcı mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Məhsulların və Biznes Proseslərin İdarə Edilməsi şöbəsi / aparıcı mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) training@yelo.az ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Biznes İdarəsindən proseslərin təkmilləşdirilməsi və İdarədən daxil olan sorğular əsasında normativ xarakterli sənədlərin yaradılması;
• Biznes İdarəsinin biznes proseslərinin təhlili, təkmilləşdirmə imkanlarının araşdırılması və bununla bağlı təkliflərin hazırlanması;
• Biznes İdarənin proseslərin təkmilləşdirilməsi üzrə layihələrin idarə edilməsi, kredit və qeyri-kredit məhsulların yaradılması üzrə bazar araşdırmanın təşkili və araşdırma əsasında yeni təklifin hazırlanması və aidiyyatı struktur bölmələri ilə razılaşdırıması;
• Biznes İdarənin proseslərin avtomatlaşdırılması məqsədilə İdarədin strateji layihələri üzrə biznes planın təşkili, idarə edilməsi və aidiyyatı struktur bölmələri ilə koordinasiyası;
• Bir başa rəhbərinin tapşırıqlarının yerinə vaxtında və keyfiyyətli yerinə yetirilməsi, daimi və sorğuya əsasən hesabatın təqdim edilməsi.

Tələblər:

• Ali təhsil;
• 2 ildən artıq iş təcrübəsi;
• MS Office (Word, Excel, PowerPoint mütləq), Visio proqramlarından istifadə etmək bacarığı;
• Layihələrin idarə olunması üzrə biliklər;
• Azərbaycan dili, Rus dili üzrə yüksək biliklər, İngilis dili arzuolunandır;
• Analitik düşüncə və yüksək məsuliyyət hissi;
• Ünsiyyət qurma və koordinasiya bacarığı;
• Stress altında işləmək bacarığı;
• Vaxtın səmərəli planlaşdırılması və idarə olunması;
• Çeviklik və operativlik. İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP