Proses administratoru
 
JOB TITLE: Proses administratoru
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-08-31 LAST UPDATED: 2020-09-01 DEADLINE: 2020-09-30

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Proses administratoru

Vəzifələr:

• Şöbə səviyyəsində baş verən proseslərin və alt proseslərin prosedurlara və biznes tələblərə uyğunluğunu yoxlamaq;
• Proseslərin monitorinqi nəticəsində aşkarlanmış uyğunsuzluq hallarını aktlaşdırmaq;
• Proseslərin təkmilləşdirilməsi üzrə təklifləri toplayıb, şöbə rəhbərinə təqdim etmək;
• Proseslərin funksional səviyyədə effektivliyini hesablamaq və şöbə rəhbərinə effektivlik hesabatını təqdim etmək;
• Proseslərin təkmilləşdirilməsi,dəyişdirilməsi və ləğvi üçün qiymətləndirmə və prioritetləşdirilmə komandasının işində iştirak etmək;
• Proseslərin modelləşdirilməsində iştirak etmək;
• Hazırlanmış modellərin tətbiqi üzrə plan hazırlamaq;
• Təsdiqlənmiş proses modellərin inteqrasiyası layihəsinə rəhbərlik etmək.

Tələblər:

• BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi;
• BPO üzrə minimum 1 il təcrübə;
• Keyfiyyətə nəzarət üzrə standartları bilməli (İSO 9001);
• MS Word, MS Excell, MS Visio və MS Project bilikləri;
• Azərbaycan dilini əla, rus və ya ingilis dilini yaxşı səviyyədə bilməli;
• Liderlik xüsusiyyətləri, kritik düşüncə bacarığı, danışıqlar aparmaq bacarığı olmalı;
• Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti olmalıdır.

Arzu olunan tələblər:

• Menecment, maliyyə, riyaziyyat, kibernetika sahələri üzrə bakalavr səviyyəsi;
• BPMN 2.0 və UML biliyi.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində "Proses administratoru" yazaraq hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP