İnşaatçı mühəndis
 
JOB TITLE: İnşaatçı mühəndis
EMPLOYER: Qartal Construction Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-01 LAST UPDATED: N/A DEADLINE: 2020-10-01

İnşaatçı mühəndis üçün elan
Qartal Tikinti Firmasında xarici şirkətlərlə işləmək üçün təcili inşaatçı mühəndis tələb olunur.

İşçiyə tələblər aşağıdakı kimidir:

1. 3 il uyğun təcrübəsi olmalı;
2. İnşaatçı mühəndis ixtisası üzrə ali təhsil müəssisəsini bitirmiş olmalı;
3. Tenderlərin qiymətləndirilməsi və layihəyə nəzarət bacarığına malik olmalı;
4. İngilis dilində yaxşı biliyə malik olmalı;
5. Kompüter biliklərinə (word, excel, autocad, outlook və s.) malik olmalıdır;
6. Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
7. Avtomobil idarə etməsi üçün sürücülük vəsiqəsinin olması uyğundur.

İşçinin yerinə yetirəcəyi işlər aşağıdakılardır:

1. BP şirkəti və SOCAR-ın struktur bölümlərinin layihələri üzrə işlərin qiymətləndirilməsi, bazarın araşdırılması və uyğun qiymət təklifinin verilməsi;
2. Ona tapşırılmış layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin uyğun yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
3. Təhvil-təslim aktlarının tərtib edilib Sifarişçinin imzalaması üçün hazırlanması;
4. Gündəlik Raportların elektron formatda layihə koordinatoru tərəfindən göndərilməsinə nəzarət edilməsi.

İşçi üçün yaradılan şərait

1. Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir. Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
2. Nahar yeməyi firmanın vəsaiti hesabına təmin edilir;
3. Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
4. İş günləri 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir;
5. İş yeri Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllədə yerləşən Qartal Tikinti Firmasının baş ofisindədir.

Maraqlananların aşağıdakı email ünvanına CV-lərini göndərmələri tələb olunur: info@qartal.az
Göndərdiyiniz müraciət e-mailin mövzu hissəsində inşaatçı mühəndisi üçün CV qeyd etməklə göndərin.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP