Şəbəkə administratoru
 
JOB TITLE: Şəbəkə administratoru
EMPLOYER: IT Bridge LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-01 LAST UPDATED: 2020-09-23 DEADLINE: 2020-09-22

Şəbəkə administratoru

İşin təsviri

• Şəbəkə infrastrukturunun administrasiyası;
• Şəbəkə avadanlıqlarının administrasiyası və texniki dəstək;
• Şəbəkənin monitorinqi;
• Avadanlığının quraşdırılması və sazlanması;
• Dəyişikliklərin sənədləşdirilməsi;
• Lan/Wan şəbəkələrin qurulması və sazlanması;
• Mövcud şəbəkə infrastrukturunun optimallaşdırılması;

Tələblər

• Müvafiq ixtisas üzrə Bakalavr dərəcəsi;
• Müvafiq vəzifədə ən azı 2 il təcrübə;
• TCP/IP, IPSec, VPN, DNS, DHCP üzrə yüksək səviyyədə bilik;
• CISCO Systems avadanlığında təcrübə (CCNA R&S səviyyəsində bilik);
• Problem həll etmə yönündə yaradıcı və analitik təfəkkür;
• Azərbaycan dili (əla səviyyədə), İngilis dili (texniki səviyyədə); Rus dili (arzuolunandır)

İş şəraiti:

• İş yeri Sumqayıtda yerləşir;
• Həftəlik 5 iş günü/Saat 09:00-18:00);
• Nahar və nəqliyyat təminatı;
• Tibbi sığorta;
• AR Əmək Məcəlləsi əsasında sənədləşmə;
• Əmək haqqı razılaşma əsasında

Namizədlər müraciət üçün CV-lərini hr@itbridge.az elektron ünvanına göndərə bilərlər. Məktubun başlıq hissəsində “Şəbəkə administratoru” vəzifəsinin qeyd olunması xahiş olunur.

"IT BRIDGE AZERBAIJAN" texnologiyalar və innovasiyalar sahəsində müxtəlif məhsulların və həllərin yaradılması, tətbiqi və inteqrasiyası üzrə ixtisaslaşmış şirkətdir.
Komandamız informasiya texnologiyalarının müxtəlif sektorları üzrə ixtisaslaşmış peşəkarlardan ibarətdir. Şirkətin əsas hədəfi innovativ fiziki və əqli məhsulları yerli və qlobal bazarlara çıxarmaq və insan həyatı üçün faydalı həllər yaratmaqdır. Şirkətimizin məhsul və həlləri gündəlik həyatın xırda elementlərindən başlayaraq ən mürəkkəb məsələlərin həllini əhatə etmək qabiliyyətindədir.

http://itbridge.az/
https://www.facebook.com/It-Bridge-Azerbaijan-103388251371454

 

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP