Mebel üzrə satış müdiri
 
JOB TITLE: Mebel üzrə satış müdiri
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-01 LAST UPDATED: N/A DEADLINE: 2020-10-01

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Mebel üzrə satış müdiri

Tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
• Azərbaycan dilində sərbəst oxuyub və yazmağı bacarmalı;
• Satış sahəsində təhlilinin aparılması qabiliyyəti olmalı;
• Komandada işləmək bacarığı olmalı;
• Mebel satışı sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı, xüsusilə Excel proqramında əla bacarığı olmalı.

Əsas vəzifələr:

• Bazar araşdırılmasının aparılması və müvafiq hesbatların hazırlanması;
• Müştəri bazasının yaradılması və genişləndirilməsi istiqamətində planların hazırlanması və icra edilməsi;
• Mebel satışı ilə məşğul olan filialların satışına nəzarət;
• Mebel satışı ilə məşğul olan filiallara daimi vizitlərin həyata keçirilməsi və hesabatların şirkətin direktoruna təqdim edilməsi;
• Mebel satışı ilə məşğul olan filialların işçi heyətinə müvafiq təlimlərin keçirilməsi;
• Mebel satışı ilə məşğul olan işçilərin filialları ilə həftəlik görüşlərin keçirilməsi;

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mebel üzrə satış müdiri” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.09.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP