Dizayner (Mebel üzrə)
 
JOB TITLE: Dizayner (Mebel üzrə)
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-01 LAST UPDATED: N/A DEADLINE: 2020-10-01

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yenganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.azwww.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

Vakansiya: Dizayner (Mebel üzrə)

Tələblər:

• Təhsil: Ali və ya orta;
• Dizayn sahəsində minumum iki il təcrübəsi olmalıdır;
• Azərbaycan dilini səlist bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Yüksək səviyyəli kompüter bilikləri: Microsoft Office, Adobe PhotoShop, Adobe InDesign, Corel Draw, Illustrator, Adobe Acrobat, Autocad, 3DS Max kimi qrafik proqramlarda işləmək bacarığı
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;

Əsas vəzifələr:

• Mebel ölçülərinin götürülməsi;
• Autocad proqranı vasitəsi mebel dizaynının hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Dizayner (Mebel üzrə)” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 30.09.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP