Mexanik
 
JOB TITLE: Mexanik
EMPLOYER: Azərpambıq ASK MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-02 LAST UPDATED: 2020-09-02 DEADLINE: 2020-10-02

Mexanik

Tələblər

• Təhsil dərəcəsi: Orta ixtisas və ya orta texniki təhsill (ali təhsilin (Mexanika və ya maşınqayırma üzrə mühəndislik) olması üstünlükdür)
• Komyüter bilikləri: MC Office,
• Dil bilikləri:Azərbaycan dili -əla (rus,ingilis dili arzuolunandır)
• Təcrübə:Müvafiq sahədə minimum 5 il
• Yaş həddi: 25-50
• Əmək haqqı: 400

 

• Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.
• Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir.
• Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.
• Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir.
• Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir.
• Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.
• Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir.
• Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.
• Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir.
• Tabeçiliyində olan işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız bölgələr üzrə (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Salyan, Sabirabad, Saatlı, Şirvan, Tərtər)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP