Dispetçer
 
JOB TITLE: Dispetçer
EMPLOYER: AVT Logistics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-02 LAST UPDATED: N/A DEADLINE: 2020-10-02

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Dispetçer
İş yeri: Bakı şəhəri, Keşlə qəs və Abşeron ray, Məmmədli qəs(Kürdəxanı dairəsinə çatmamış)
İş təcrübəsi: 2 il
Təhsil: Ali
Yaş həddi: 25-38

İşin Təsviri: Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və həyata keçirilməsi işinin təşkili.

Vəzifə öhdəlikləri:

- Nəqliyyat vasitələrinin göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbərliyə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;
- Alınan ehtiyat hissələrinin siyahısını aparmaq;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Avtomobillərin başlanğıc məntəqədən son məntəqəyə kimi hərəkətinə nəzarət;
- Optimal marşrut xətlərinin hazırlanması.

Tələblər:

- MS Office proqramlarını bilməli;
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl ünsiyyət və fəal dinləmək bacarığı;
- Güclü təşkilatçılıq bacarığı;
- Səs mühakiməsi etmə bacarığı;
- Texnikanın istismarı normativini bilməli;
- Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli.
- Sürücülük vəsiqəsi – BC kateqoriyası.

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.

İş qrafiki: 6 günlük.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Dispetçer DM” yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP