Marketinq menecer
 
JOB TITLE: Marketinq menecer
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-02 LAST UPDATED: 2020-09-15 DEADLINE: 2020-10-02



Vəzifə: Marketinq menecer

İşin təsviri:

- Bazarın vəziyyəti, müştərilərin istəkləri və məhsul portfelinə uyğun olaraq brendin bazar mövqeyini təyin etmək;
- Rəqib şirkətlərin məhsullarının təqibi və satış qrafikini izlənmək;
- Marketinq siyasətinin Şirkət əsas məqsədləri əsasında müəyyənləşdirmək və strategiyanın qurmaq;
- Brendin merçendayzer standartlarını və rəf strategiyasını müəyyən etmək;

- Trade aktivliklər üzrə illik təqvimin hazırlamaq və tətbiq etmək;
- Trade Marketinq tədbirlərini hazırlamaq, təşkil etmək,  keçirilməsinə nəzarət və aksiya effektivliyini dəyərləndirmək (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Satışların analizi və satış effektivliyinin artırılması üzrə tədbirlər planını hazırlamaq, qiymət analizini aparmaq və qiymət strategiyasının hazırlanması prosesində iştirak etmək;

- Yeni məhsulun bazara çıxarılmasında iştirak etmək (Bazardakı boşluqlar əsasında Yeni məhsul növlərini hazırlamaq, qablaşdırma və dizayn formalarını təklif etmək);
- Bazarda rəqabətqabiliyyətli brend imicini formalaşdırmaq;
- Reklamların hazırlanmasında iştirak etmək, təklifləri almaq və nəticələri qabaqcadan görmək;
- Dəyişən bazar şərtlərinə və müştəri istəklərinə cavab verən fəaliyyətlər hazırlamaq və həyata keçirmək;
- "Must List"- lərin hazırlanmasını təmin etmək;
- Marketlərdə spesifik aksiyaların təşkili ilə bağlı təkliflər hazırlamaq və sərgi, nümayiş təşkil etməklə satış həcmini artırmaq;

- Marketinq büdcəsini planlaşdırmaq, tətbiq etmək və hesabat vermək.

Namizədə tələblər:

- Marketinq istiqamətli ali təhsil
- Brend menecer/ product menecer olaraq 5 ildən az olmayan iş təcrübəsi (FMCG-qida sektorunda təcrübəsi olanlara üstünlük verilir)
- Yaradıcı, təşəbbüskar,  analitik düşüncəli, məsuliyyətli, yüksək ünsiyyət, problem həll etmə və rəqəmsal məlumatları təhlil etmə bacarığı olmalı
- Satış təcrübəli və "Müştəri psixologiyası" haqqında anlayışı olmalı
- İngilis və rus dillərini yaxşı səviyyədə bilməli

İş qrafiki: 5 günlük

İş yeri: Bakı şəhəri, Ə.Rəcəbli 25 D

Nahar və korporativ xətt verilir.

Ölkə daxili ezamiyyət

Maraqlanan namizədlərdən CV-lərini mövzu başlığına vakansiyanın adını qeyd edərək “cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP