Auditor
 
JOB TITLE: Auditor
EMPLOYER: Resant Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-02 LAST UPDATED: N/A DEADLINE: 2020-10-02

Auditor

Vəzifə öhdəlikləri

• Otellərin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir
• Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir.
• Rəhbərliyin təlimatına uyğun olaraq təftiş olunan otel rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmamazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir.
• Qəbul olunmuş pul vəsaitlərinin və əmtəə maddi qiymətlilərin hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir.
• Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
• Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.

Namizədə bağlı tələblər

• Xanım namizədlərə üstünlük verilir;
• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
• Analitik təhlil qabilliyətinə sahib olmalı;
• Komandada işləmək bacarığı;
• Turizm sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
• Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı;
• Hesabatın hazırlanması və yazılması bacarığı olmalı;

İş Şərtləri:

• İş vaxtı: həftədə 5 gün ;
• Əmək haqqı: 800-1200 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Auditor” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP