Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Yeni Ganja Hotel Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-03 LAST UPDATED: N/A DEADLINE: 2020-10-03

Company: Yeni Ganja Hotel Company/ Ramada Plaza Hotel / Ganja
ŞÖBƏ: Maliyyə
Ünvan: Nizami Gəncəvi pr. 519, Gəncə, Azərbaycan

Gəncə şəhərində yerləşən Ramada Plaza otelinə “Baş mühasib” tələb olunur.

İşin təsviri və öhdəliklər:

- Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
- Maliyyə şöbəsinin Müdirinə yerli rəhbərlik, ərazi üzrə ofis və rəhbərlər tərəfindən tələb olunan bütün aylıq maliyyə və statistik hesabatların hazırlanmasında kömək etmək.
- Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək.
- Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamaq və aparmaq və bunları hər ay bütün müşayiətedici sənədlər ilə birlikdə yoxlamaq üçün Maliyyə şöbəsinin direktoruna təqdim etmək.
- Maliyyə şöbəsinin Müdirinə büdcə və proqnozlarına hazırlanmasında kömək etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmaq.
- Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtına təqdim edilməsini təmin etmək.

Tələblər :

- Müvafiq sahə üzrə ali təhsil,
- Maliyyə şöbəsində min.5 il təcrübə
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun beynəlxalq standartları və təcrübəyə malik olmaq
- Beynalxaq maliyyə hesabatlarını hazırlamaq təcrübəsi
- Microsoft Office və 1C proqramlarında sərbəst işləmə bacarığı
- İngilis və Rus dilləri
- Beynalxalq maliyyə sertifikatları üstünlük veriləcək

Gəncədən olan namizədlərə üstünlük veriləcək.

Qeyd olunan tələblərə uyğun namizədlər hr@ramadaplazagence.com mail ünvanına CV formalarını – “Baş mühasib” yazıb göndərə bilərlər.

Yeni Ganja Hotel Company
Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP