Kiçik alıcı
 
JOB TITLE: Kiçik alıcı
EMPLOYER: Azerbaijan Supermarket LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-03 LAST UPDATED: N/A DEADLINE: 2020-10-03

Şöbə - Qeyri-qida məhsulları alınması üzrə departament
Vəzifə - Kiçik alıcı
Kateqoriya - Ştat
İşin növü - Tam
İş yeri - Baş Ofis
Elanın son tarixi - 10.09.20

Vəzifə öhdəlikləri:

- Yerli və beynəlxalq sifarişlər vermək.
 -Müqaviləni imzalama prosesinə qədər, tenderi açıq olduğu barədə məlumat vermək, tender iştirakçıların təkliflərini siyahıya almaq, iştirakçıları tender açılışına dəvət etmək, təklifləri yoxlamaq və qitmətləndirmək, müqavilənin qaralama nüsxəsini təqdim etmək və s. kimi müqavilə üzrə bütün işləri aparmaq.
- Təchizçilərin fakturalarının məqbul olunmasını təsdiq etmək.
- Bütün şifarişlərin vaxtında çatdırılmasını təmin etmək.
- Təcili sifarişləri yerinə yetirmək.
- Təhlükəsiz çatdırılma, yüksək keyfiyyət, daha əlverişli maliyyə şərtləri ilə təmin edilməsi üçün tender iştirakçılarına əsas təchizat müqavilələri üzrə müzakirələr aparmaq.
- Əlverişlilik nöqteyi-nəzərdən tender təkliflərini analiz etmək və onları təsdiq etmək.
- Tender təkliflərini cədvələ salmaq və rəhbərlik tərəfindən təsdiq almaq.

Vəzifənin tələbləri:

- Ali təhsil.
- Göstərilən və ya oxşar sahədə ən az 1 il təcrübə.
- Azərbaycan və İngilis dilləri biliyi, qeyd olunan dillərdə sərbəst anlayış, peşəkar yazışma.
- İş gedişatını inkişaf etdirmək bacarığı.
- Təşkilatçılıq bacarığı, çoxsaylı tapşırıqların prioritetləşdirilməsi və eyni zamanda bir neçə tapşırığın öhdəsindən gəlmə bacarığı.
- Detallara diqqət və problem həlletmə bacarığı.
- Komanda şəklində işləmə bacarığı.
- Açıq şəkildə münasibət qurma bacarığı, son dərəcə mülayim, həvəsli və ünsiyyətcil şəxs.
- Personal kompyuterdən (PC) və e-mail, internet, və Microsoft Office (məs., Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) və layihə idarəetmə proqramından istifadə etmək bacarığı.

Kim müraciət edə bilər:

Müvafiq bacarıqları olan hər bir əməkdaş (yalnız rəhbərinin razılığını aldıqdan sonra) daxili vakansiyaya müraciət edən zaman məktubun nüsxəsi eyni zamanda birbaşa tabeçiliyində olan rəhbər şəxsə də göndərilməlidir. * Əks halda müraciət qəbul edilməyəcəkdir.

Necə müraciət etmək olar:

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizlə birgə hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP