Marketinq şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Marketinq şöbəsinin mütəxəssisi
EMPLOYER: Xalq Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-03 LAST UPDATED: N/A DEADLINE: 2020-10-03


Vəzifə: Bankın Biznesin İnkişafı İdarəsinin Marketinq şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Peşəkar səviyyədə MS Excell-dən istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);

İŞİN TƏSVİRİ:

- Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
- Satışların mövcud müştəri qrupları və məhsullar üzrə analitik təhlili;
- Məhsullar və müştəri qrupları üzrə gəlirliliyin təhlil olunması və məhsul şərtlərinin yenilənməsinə dair təkliflərin verilməsi;
- Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təkliflərin hazırlanması;
- Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP