Keyfiyyətə Nəzarət üzrə mühəndis
 
JOB TITLE: Keyfiyyətə Nəzarət üzrə mühəndis
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-04 LAST UPDATED: N/A DEADLINE: 2020-10-04


ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Keyfiyyətə Nəzarət üzrə mühəndis” vakansiyası üzrə CV-lərin qəbulunu açıq elan edir.

Vəzifə öhdəlikləri:

• Tələbləri, spesifikasiyaları və texniki dizayn sənədlərini nəzərdən keçirmək vaxtında və düzgün rəy vermək;
• Ətraflı, hərtərəfli və yaxşı qurulmuş test planları və test senariləri düzəltmək;
• Test fəaliyyətlərinin qiymətləndirilməsi, prioritet verilməsi, planlaşdırılması və koordinasiya edilməsi;
• Avtomatlaşdırma skriptlərini hazırlamaq, inkişaf etdirilməsi və icra edilməsi;
• Xətaları müəyyən etmək, qeyd etmək, sənədləşdirmək və səhvliklərə nəzarət etmək;
• Xətalar həll edildikdən sonra hərtərəfli testləri aparmaq;
• Müştəri tələblərini ödəmək , yeni və mövcud məhsullar (proqram təminatı) üçün test prosesləri hazırlamaq və tətbiq etmək;
• Sistem tələblərini müəyyənləşdirmək üçün daxili komandalarla əlaqə qurmaq (məsələn, proqramçılar və məhsul menecerləri);
• Xəta düzəltmə prosesinin nəticələrini izləmək;
• Uyğun olmayan proqram təminatının səbəblərini araşdırmaq və istifadəçiləri həll yollarını tətbiq etməyə öyrətmək;
• Yeni test alətləri və test strategiyaları haqqıda texniki komandanı xəbərdar etmək.

Tələblər:

• Proqram təminatında keyfiyyət göstəriciləri metodologiyaları, alətləri və prosesləri barədə dərin biliklər
• Proqram təminatı layihəsində aydın, qısa və hərtərəfli test planları və test hallarını yazma təcrübəsi
• Avtomatlaşdırılmış test alətləri ilə praktik təcrübə
• SQL skriptləri və kodyazma üzrə dərin biliklər
• Agile / Scrum kimi metodologiyalarla iş təcrübəsi
• Proqram təminatı üzrə performans və təhlükəsizlik sahəsində təcrübəsi olanlara üstünlük verilir
• Kompüter Elmləri, Kompüter Mühəndisliyi və ya bənzər sahədə yüksək (ali) təhsil

Təklif edirik:

• 6 aylıq sınaq müddətindən sonra könüllü tibi sığorta;
• Mehriban və ünsiyyətcil kollektiv;
• Daxili və xarici təlimlərdə iştirak haqqı qazanacaqsınız.

Maraqlanan namizədlərdən CV-lərini “Keyfiyyətə Nəzarət üzrə mühəndis” başlığı ilə https://jobs.talhunt.az/atl/240-keyfiyy%c9%99t%c9%99+n%c9%99zar%c9%99t+%c3%bczr%c9%99+m%c3%bch%c9%99ndis elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP