Təlim və İnkişaf üzrə Menecer
 
JOB TITLE: Təlim və İnkişaf üzrə Menecer
EMPLOYER: İnci Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-04 LAST UPDATED: N/A DEADLINE: 2020-10-04

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Company” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə Şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Təlim və İnkişaf üzrə Menecer

Namizədə dair tələblər:

- Ali təhsilli;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini mükəmməl bilməli;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan, İngilis və ya Rus dilini səlis bilmək (yazılı və şifahi)
- Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
- Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
- Vəzifələrin icrası üçün çalışqan olmaq;
- Komanda daxilində işləmək istəyi və bacarığı;
- Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
- Təşkilatın missiyasına sadiqlik;
- Yaş : 25-40;

İş barədə məlumat:

- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən etmək;
- Təşkilatının təlim strategiyasının formalaşdırmaq;
- Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
- İşə yeni qəbul olunan işçilər üçün tanışlıq sessiyaları keçirmək və iş yerində təlimlər aparmaq;
- Şirkət əməkdaşları üçün davamlı texniki təlimlər və fərdi inkişaf kursları təşkil etmək və ya keçirmək;
- Çoxpilləli qiymətləndirmə sistemini yaradaraq və tətbiq edərək əməkdaşların işinə
treyninqin verdiyi töhfəni qiymətləndirmək;
- İşçilər üçün təlim kitabçaları və materialları, multimedia əyani vəsaitləri və digər tədris materiallarını hazırlamaq;
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Şirkətin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisənin əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması və müəsissədə tətbiq olunması
- Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

İş qrafiki : 5 gün (09:00-18:00)

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Müraciət üçün son tarix: 04.10.2020

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP