Həkim
 
JOB TITLE: Həkim
EMPLOYER: Avrora DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-07 LAST UPDATED: N/A DEADLINE: 2020-10-07

Haqqımızda:

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

Avrora Qrup öz fəaliyyətini hal-hazırda 2 istiqamətdə - Distributor və İstehsal üzrə davam etdirir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan Avrora Grup-un portfoliosuna Danone, Ehrman, Rolton, Hochland, Chivas, Glenfiddich kimi aparıcı şirkətlər daxildir. Avrora distributor fəaliyyətini daha peşəkar və kəsintisiz həyata keçirmək üçün mərkəzi ofis Bakı olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda da lokal ofisləri fəaliyyət göstərir. Şirkətin ümumi sahəsi 20437 kv/m olan loqistika mərkəzləri vardır. Avrora Distribyuter hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Avrora Qrup eyni zamanda Azərbaycanın aparıcı istehsal şirkətlərindən biridir. Avrora Qrup-un Makaron fabriki, Qənnadı fabriki, Qazlı içkilər fabriki və Un və yem istehsalı fabriki vardır.

Həkim

Sizin əsas vəzifə öhdəlikləriniz :

• Günlük olaraq əraziyə çıxan işçi heyyətinin rutin yoxlanışının həyata keçirilməsi;
• İşçi heyyəti tərəfindən daxil olan müraciətlər əsasında müayinələrin və ilkin tibbi yardımın həyata keçirilməsi;
• Tibbi ləvazimat qutularının mütəmadi olaraq diqqətdə saxlanılması;
• Növbə ərzində müvafiq qeydlərin aparılması.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

• Tibbi avadanlıqlarla işləmə bacarığı.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Müvafiq sahə üzrə ali təhsil ( Terapeya üzrə olması arzuolunandır);
• İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Təcili tibbi yardımda çalışan namizədlərə üstünlük verilir).

Bizim iş şərtləri :

• İş qrafiki : Növbəli;
• İş yeri : Hökməli qəs;
• Nahar, servis və telefon danışıq xərcləri şirkət tərəfindən təmin olunur;
• Tibbi Sığorta ilə təminat.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Həkim” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP