Ət məhsulları üzrə texnoloq
 
JOB TITLE: Ət məhsulları üzrə texnoloq
EMPLOYER: Araz Supermarket DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-08 LAST UPDATED: N/A DEADLINE: 2020-10-08

Araz Supermarketlər Şəbəkəsi Ət məhsulları üzrə texnoloq vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

- Çoxsaylı xammalın keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə sınaqdan keçirilməsi, texnoloji rejimin tələblərini və zəruri hallarda hazır məhsulların həqiqi istehsalını və xammalın istehlak dərəcələrini müəyyənləşdirmək;
- Yeni xammal növlərinin, yeni texnologiyaların və yeni məhsul növlərinin istehsalata təqdim edilməsini, müəssisədə hazırlanmış yeni ət məhsullarının təqdimatını təşkil etmək;
- İstehsaldakı xüsusi itkilər nəzərə alınmaqla mövcud xammal əvəzetmələri ilə sistemdə uçotun təşkili üçün axın qrafiklərini hazırlayır, texnoloji prosesin bütün mərhələlərində texnoloji xərclərə nəzarət edir, azaltmaq üçün tədbirlər görür;
- Ət məhsullarının hazırkı qanunvericiliyə uyğun olaraq etiketlənməsinə nəzarət edir, xammal dəyişdirilərkən, reseptlər və markalanma üçün etiketlərdəki məlumat mətnində dəyişikliklər edilməsinə nəzarət edir;
- Müasir texnoloji avadanlıqların tətbiqi, istehsalın qabaqcıl təşkili, yeni məhsul növlərinin tətbiqində iştirak edir, bəzi ət məhsulları qruplarına olan istehlakçıların tələbini araşdırır, yeni çeşidlərin inkişafı üçün təkliflər verir;
- Hazır məhsulların orqanoleptik və fiziki-kimyəvi göstəriciləri, təhlükəsizlik göstəriciləri, lazımi jurnalların aparılması və ət məhsullarının istehsalının texnoloji intizamına uyğunluğu baxımından keyfiyyət nəzarətini təşkil edir;
- Standartlaşdırılmış xammal istehlakını göstərən hər bir məhsul növü üçün istehsalat reseptləri hazırlayır.

Tələblər:

- Ali təhsil (Qida mühəndisliyi sahəsində arzuolunandır) ;
- Qida sahəsində müvafiq istiqamət üzrə ən azı 2 il iş təcrübəsi;
- Rus dili biliyi mütləqdir;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Office)

Təminatlar:

- Namizədin şəxsi avtombili olmalıdır (Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən təmin edilir);
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Ət məhsulları üzrə texnoloq” adını mövzu hissədə qeyd etməklə CV formalarını zaur.mahmudov@retail.azElcin.Ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP