İnsan Resursları üzrə Menecer
 
JOB TITLE: İnsan Resursları üzrə Menecer
EMPLOYER: Pak Dad Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-09 LAST UPDATED: 2020-09-09 DEADLINE: 2020-10-09

İnsan Resursları üzrə Menecer (İRM) – Pakdad Restoranlar Şəbəkəsi

– Yaş: 25-40
– İş vaxtı saat 09:00-18:00
– İş günləri həftədə ; 6 gün
– Cinsi ; Kişi
– Əmək haqqı 1000-1500 manat (təcrübəyə görə dəyişir və əlavə də oluna bilər)

İş barədə məlumat:

– HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
– Kadr tələbinin planlaşdırılması;
– Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– Filiallarda yerindəcə preseslərin və işçilərin yoxlanılması;
– Mürəəəkb məsələlərin və müxtəlif problemlərin aradan qaldırılması və həll edilməsi bacarığı;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsinə nəzarət edilməsi, social sığorta şəhadətnamələrinin sifariş olunması;
– Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərinin tərtib edilməsi.
– Sosial müavinətlərin hesablanması;
– İşçilərin icbari sığortasının həyata keçirilməsi;
– Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
– İşçilərin davamiyyət uçotunun aparılaması;
– İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
– İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;

Tələblər:

- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, (rus və ingilis dillərini bilmək üstünlükdür);
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;
- İnsan resursları sahəsində azı 3 il və restoran sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (şəkil yerləşdirilmiş) asim.agaverdi@pakdad.az elektron poçt ünvanına mövzu hissəsində “İnsan Resursları üzrə Menecer – İRM” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP