Satış bölməsinin kiçik mütəxəssisi
 
JOB TITLE: Satış bölməsinin kiçik mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-09 LAST UPDATED: N/A DEADLINE: 2020-10-09

Kapital Bank namizədləri Sabirabad, Salyan filialında Satış bölməsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

• Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
• Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
• Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
• Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
• Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;

Tələblər

• Ali iqtisadi və ya riyazi təhsil
• Analitik düşüncə
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP