Satış şöbə rəhbəri
 
JOB TITLE: Satış şöbə rəhbəri
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-09 LAST UPDATED: 2020-09-09 DEADLINE: 2020-10-09

Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.
Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən satış təmsilçilərini öz ailəsinə qatmağa hazırdır.

Şirkət Qab qacaq şöbəsi üzrə “Satış şöbə rəhbəri” vəzifəsinə vakansiya elan edir.

Tələblər:

- Premium seqmentdə qab-qaqcaq sahəsində rəhbər vəzifəsi üzrə ən azı 2 il təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Yaş həddi: 27-35 yaş arası;
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti, ingilis dili bilənlərə üstünlük verilir;
- MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
- Kompyuterdə sərbəst işləmə bacarığı (Ms. Word, Excel, Power Point, Outlook);
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Satış texnikası haqqında biliyin olması;
- Yüksək analitik düşüncə, idarəetmə qabiliyyəti və konfliktlərin həll olunması bacarığına malik olmalı;
- Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.
- Sərgilərdə və iş görüşlərində iştirak (Ölkə xaricindəki ezamiyyətlərə qatıla biləcək);
- Əlavə iş saatları tələb olunduğu halda qala bilməli;

Vəzifə öhdəlikləri:

- Satışın təşkil olunması, satış siyasətinin inkişaf etdirilməsi və satışa nəzarətin həyata keçirilməsi;
- Bazar araşdırılmasının aparılması, satışın proqnozlaşdırılması və rəhbərliyə aylıq, rüblük və illik hesabatların təqdim olunması, satışın həcminin artırılması məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatların təhlil olunması, digər zəruri maliyyə təhlillərin aparılması;
- Mövcud müştəri bazasının genişləndirilməsi istiqamətində strateji planın hazırlanması, korporativ müştərilərlərlə əlaqələrin genişləndirilməsi üçün danışıqların aparılması;
- Satış planının analiz olunması, perspektiv və cari satış planlarının hazırlanması;
- Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Gündəlik soyuq və isti zənglərin olunmasının, müştərilərin əlamətdar günlərində zənglərin olunmasının təşkili;
- Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
- Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
- Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş qrafiki: növbəli 10:00-19:00

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış şöbə rəhbəri”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP