CRM üzrə menecer
 
JOB TITLE: CRM üzrə menecer
EMPLOYER: Group Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-10 LAST UPDATED: N/A DEADLINE: 2020-10-10

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “CRM üzrə menecer” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Servisə gələn müştərilərin şikayətlərini analiz etmək, e-mail şəklində supervayzerlərə ünvanlayıb əldə edilən cavaba əsasən müəyyən tədbirlər görmək, (endirim, yenidən servisə dəvət etmək və.s);
• Uzun müddət servisə müraciət etməyən müştəilərlə əlaqə saxlayıb rəylərini öyrənmək; həmin rəylər əsasında təkliflər hazırlamaq rəhbərliyə prezentasiya formasında təqdim etmək;
• Hər ay servisə gələn toplam müştəri içərisindən minimum 30 olmaqla 40-a qədər müştəri ilə əlaqə saxlayıb servisin ümümi məmnunluq indeksini müəyyənləşdirmək; prezentasiya formasında rəhbərliyi məlumatlandırmaq;
• Servis qəbulçularının və Satış üzrə məsləhətçilərin KPİ-nın hesablanılması ;
• Servisə ay ərzində 2 dəfə və daha çox müraciət edən müştərilərin online e-mail vasitəsilə izlənilməsi və problemin yerindəcə aşkarlanıb aradan qaldırılması;
• Hər ayın sonunda ay üzrə satılmış avtomobillərin sahibləri ilə əlaqə saxlanılaraq umumi satış məmnunluq indeksinin müəyyənləşdirilməsi; hesabat və prezentasiya formasında rəhbərliyə çatdırılması;
• Müştəri xidmətləri üzrə koməkçilərin iş prosesinin yoxlanılması; hesabatların vaxtında təhvil verilməsinə nəzarət ;
• Birbaşa rəhbərinin və direktorun tapşırılarının yerinə yetirilməsi; gündəlik aylıq hesabatlar haqqında direktora məlumat verilməsi;
• Müştəri xidmətləri, Təlim və Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

• Xanım namizədlər ;
• Yaş: 18-35;
• Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini bilməli;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "CRM üzrə menecer" qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP