Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent
 
JOB TITLE: Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent
EMPLOYER: Competo DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-10 LAST UPDATED: 2020-09-10 DEADLINE: 2020-10-10

Competo(Umico)- pərakəndə banklar və riteyl şirkətlər ilə əməkdaşlıq edən və ən müasir maliyyə və İT texnologiyaları əsasında fiziki şəxslərə maliyyə xidmətlərinin göstərilməsi sahəsində uğurlu biznesin qurulmasına yardım edən yenilikçi şirkətdir.
Şirkətin iş fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq aşağıdakı vakansiyaya qəbul elan olunur.

Vəzifə – Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent. (E-commerce Merchant Success Agent).

Əsas fəaliyyətləri: Məhsullarla/assortimentlə,partnyorların sifarişləri ilə iş. Partnyora onlayn satışlarda uğur əldə etməyə yardımçı olmaq.

İş vəzifələri:

• Partnyorlar tərəfindən gələn sifarişləri hazır etmək;
• Sayt üçün məhsulların soft -kartlarını əlavə edib, doldurmaq :fotoşəkillər, təsviri, xüsusiyyətləri;
• Excel cədvəllərində hesabatın aparılması;
• Sayta yükləmək üçün məhsul məlumatları ilə excel cədvəllərinin doldurulması (partnyorlar məhsul haqqında müxtəlif formatlarda məlumat verir - agent onları, platformada yerləşdirilmək üçün əlverişli bir görünüş verərək hazır edir);
• İnternet mağazasında partnyorların məhsul çeşidləri haqqında məlumatların aktuallığının yenilənməsi;
• PC-də fotoşəkilləri redaktə etmək bacarığı: kəsmək, kadrlaşdırma, sadə rəng korreksiyası;
• 1C ilə işləmək bacarıqları üstünlükdür.

Namizədlərə tələblər:

• Orta, texniki təhsil (ali təhsil üstünlükdür);
• Azərbaycan və rus dillərində səlis bilmək;
• Qramatik düzgün şifahi və yazılı nitq;
• İnkişaf etmiş ünsiyyət bacarıqları və müştəriyə fokuslanma bacarığı;
• Prioritetləri düzgün sıralamaq və çox tapşırıqlı bir mühitdə işləmək bacarığı;
• Komandada işləmək bacarıqları;
• Stressə davamlılıq;
• Təlimatlara uyğun tapşırıqların dəqiq icra olunması.

Əlavə :

• Bütün namizədlərə şirkətin hesabına təlim keçirilir.

Şərtlər:

Əmək haqqı: 400 azn
İş saatları – Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək

Namizədlərdən CV-lərini, mövzuda « Onlayn mağazaya inteqrasiya və partnyorlara xidmət üzrə agent» qeyd edərək, e-poçt: hr@competo.io ünvanına göndərmələrini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP