İnsan resursları üzrə menecer
 
JOB TITLE: İnsan resursları üzrə menecer
EMPLOYER: AT-Geotech MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-11 LAST UPDATED: 2020-09-14 DEADLINE: 2020-10-11

Şirkətimiz regional geoloji mühəndislik və layihə idarəetmə fəaliyyəti ilə məşğuldur. Biz laboratoriya təhlili və sınaqları, tikinti və quraşdırma işləri, geoloji qazma və kəşfiyyat, geofiziki, xəritəçəkmə və tədqiqat işləri də daxil olmaqla geniş geotexniki tədqiqat işlərinin aparılması sahəsi üzrə ixtisaslaşmışıq. Şirkətimiz və mədəniyyətimiz illər boyu liderlik və əsas dəyərlərimizdən olan təhlükəsizlik, keyfiyyət və işgüzar etika əsasında qurulub.

AT GEOTECH QSC namizədləri “İnsan resursları üzrə menecer” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

İnsan resursları üzrə menecer

Vəzifə öhdəlikləri:

• Yaxşı səviyyədə Əmək Qanunvericiliyi biliyi
• Müasir HR metodologiya və yanaşmalar ( KPİ, Performance evolution, səriştələrin idarə edilməsi, təlim, karyera planlama) haqda məlumatlılıq. (Öncəki iş təcrübəsində bu kimi keyfiyyətlərin tətbiq edilməsi üstünlükdür)
• Müsahibə aparma (recruiting) bacarıqları
• İşlərin koordinasiyası və səmərəliliyinin artırılması üçün fəaliyyətin təşkili, effektiv iş bölgüsünün aparılması;
• Şöbədaxili əməkdaşların fəaliyyətinə və verilmiş tapşırıqların icrasına nəzarət edilməsi;
• Şöbənin fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
• Rəhbərliyin qərar, əmr və göstərişlərinin vaxtında və düzgün icra edilməsinə, şöbənin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi;
• Zərurət olduqda fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
• Şirkətin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Tələblər:

• İnsan resursları sahəsində 5 ildən az olmayaraq, rəhbər və idarəetmə vəzifəsi üzrə isə 3 ildən az olmayaraq peşəkar iş təcrübəsi;
• Komanda daxilində işləmək bacarığı;
• Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması;
• Microsoft Ofis proqramlarından sərbəst istifadə bacarığı;
• Azərbaycan və İngilis dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları (Rus dili arzuediləndir);
• İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
• Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi.
• Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
• Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

İş şəraiti:

• 6 nəfərlik komandaya rəhbərlik
• 6 günlük iş həftəsi
• İş vaxtı: 09:00 - 18:00, şənbə yarım gün
• Korporativ nömrə və danışıq limiti
• Ofis Xırdalanda yerləşir
• Əmək haqqı razılaşma ilə

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir.

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) hr@at-geotech.com elektron ünvanına mövzu hissəsində “İnsan resursları üzrə menecer” qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP