İnzibati işlər şöbəsinin assistenti - texniki işçi
 
JOB TITLE: İnzibati işlər şöbəsinin assistenti - texniki işçi
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2020-09-11 LAST UPDATED: N/A DEADLINE: 2020-10-11



Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti, İnzibati işlər şöbəsinin
Vəzifə: Assistent - texniki işçi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi): 09:00-18:00

Son müraciət tarixi: 20 sentyabr 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. İnzibati əsas və köməkçi binalarda yaranmış elektrik nasazlıqlarının aradan qaldırılması
2. Otaqlarda olan mebel və digər avadanlıqlarda zədə, nasazlığın yarandığını gördükdə və ya aşkar etdikdə bu barədə birbaşa rəhbərinə dərhal məlumat vermək;
3. Birbaşa rəhbərinin tapşırığı ilə mebel və avadanlıqda mövcud olan nasazlığın aradan qaldırılması (təmir və bərpası) zamanı şirkətdə qeyd olunan işlərin icrası həvalə edilmiş şəxsə lazımi köməklik göstərmək;
4. Şirkət əməkdaşlarının dəftərxana (ofis) ləvazimatlarına ehtiyacı yarandıqda həmin əşyalarla müvafiq şöbənin işçilərini təmin etmək;
5. Əməyin təhlükəsizliyi və iş yerində yanğından mühafizə vasitələri ilə işləmək və qaydalarını bilmək;
6. Birbaşa rəhbərinin göstərişi və ya tapşırığı əsasında şirkətin inzibati binasının və ona aid otaqların təmiz, səliqəli və sanitar-gigiyenik tələblərə uyğun saxlanılmasında iştirak etmək;
7. Kommunal ödənişlərin vaxtında həyata keçirilməsi üçün sayğac göstəricilərini gündəlik nəzarətdə saxlamaq və qeydlər aparmaq, azalmaqda olan ehtiyyatlar haqqında rəhbərinə vaxtına məlumat vermək
8. Tullantıların binadan kənarlaşdırılması
9. Öz funksiyalarını bacarıqla, vaxtında yerinə yetirmək, eləcə də birbaşa rəhbərinin tapşırığı ilə digər işlər görmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Elektrik sahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Orta və ya peşə ixtisas təhsili
Dil bilikləri: Azərbaycan dili - əla
Üstünlüklər: Elektrik sahəsi üzrə təcrübəsi 3 ildən daha artıq olanlara üstünlük veriləcək
Texniki biliklər: Elektrik işləri üzrə sertifikat
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “İnzibati işlər şöbəsinin assistenti - texniki işçi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2020 www.JobSearch.az  
Developed by MicroPHP